Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini və hərbi vasitələrini daşıyan “UAZ” markalı avtomobil özləri tərəfindən Cermuk (İstisu) istiqamətində basdırılan minaya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə “Novosti Azerbaydjana” teleqram kanalı məlumat  yayıb.

Hadisənin bu gün günorta saatlarında baş verdiyi bildirilir. Minanın partlaması nəticəsində erməni hərbçilər arasında ölən və yaralananlar var.