Ən qısa zamanda Türkiyədə beynəlxalq qaz qovşağı yaradılacaq.

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib.

Prezident qeyd edib ki, bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakya bölgəsidir.

"Mərkəz üçün ən uyğun yer Trakyadır. Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə birlikdə biz energetika nazirlərinə müvafiq işə başlamaq üçün göstəriş vermişik. Bizim milli paylayıcı mərkəzimiz (qazımız) var, lakin o, beynəlxalq olacaq. Orada hər hansı bir gecikmədən söhbət gedə bilməz. Biz lazımi danışıqları aparacağıq və dərhal işə başlayacağıq. Təhlükəsizlik məsələsi ilə bağlı bütün lazımi tədbirlər görüləcək, bu istiqamətdə ilkin işlər görürük", - Ərdoğan bildirib.

Gültəkin Ələsgər