Şotlandiyalı aktyor Robbi Koltreyn 72 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, Koltreyn Şotlandiyanın Larbert şəhərindəki evinin yaxınlığındakı xəstəxanada dünyasını dəyişib. Aktyor son iki ildə xəstə olub.

Robbi Koltreyn — Şotland kino və televiziya aktyoru, ssenarist və prodüserdir. O, daha çox Harri Potter filmləri seriyasında Haqrid rolunu, eləcə də “Qaçaq rahiblər” filmindəki İnviolata bacı rolu ilə tanınır.

Coltrane Qlenalmond Kollecində təhsil alıb. Qlenalmonddan sonra Qlazqo İncəsənət Məktəbinə, daha sonra Edinburqdakı Moray House Müəllimlər Kollecinə daxil olub. 1989-cu ildə Kenneth Branagh-ın çəkdiyi "V Henri" filmində Falstaff rolunu oynayıb. O, "Qaçaq rahibələr" (1990) filmində baş rollardan birini, həmçinin "Ata arıqlamalıdır" (1991) filmində Papa rolunu oynayıb.

90-cı illərin ortalarında amerikalı aktyor Conni Depplə birlikdə Bond serialı "Qızıl göz" (1995), "Dünya kifayət deyil" (1999), həmçinin "Cəhənnəmdən" (2001) filmində rol alıb.

Gültəkin