Ukrayna  Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri  İqor Qirkini  (daha çox Strelkov kimi tanınır) yaxalayan şəxsə 10 min dollar pul mükafatı verəcək. 

"Unikal" xəbər verir  ki,  bu barədə məlumat  “RT in Russian” teleqram kanalında yayılıb.

Sağ sektorun ( Rusiyada qadağan olunmuş təşkilat ) Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko belə bir mükafat elan edib. O, qeyd edib ki, mükafata şəxsi vəsaitindən pul ayırıb və onu Qirkini əsir götürəcək şəxsə verəcək.

Bildirilir ki, DXR keçmiş müdafiə naziri İqor Qirkinin (Strelkov) cəbhəyə gedib  və  Ukraynaya qarşı vuruşur.  

Gülayə Mecid