Rusiyada 2022-ci il aprelin 6-da vəfat edən Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin kanonlaşdırılması təklif edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun tərəfdarları qalmaqallı siyasətçini “müasir peyğəmbər və dövrünün qəhrəmanı” hesab edirlər.

Patriarx Kirillə müraciətlə müvafiq petisiya change.org saytında qeydə alınıb. 

Müraciətin mətnində deyilir: “O, müharibənin başlanacağını, səfərbərliyi və bir çox başqa hadisələri proqnozlaşdırıb". 

Müraciətdə həmçinin əmin edilib ki, qalmaqallı siyasətçi sağlığında nümunəvi pravoslav insan olub.

Gülayə  Mecid