"Evin" həbsxanasında baş verən yanğında yaralananlar var.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir  ki, hadisə zamanı 8 nəfərin yaralandığı bildirilir.

***23:39

İranın paytaxtı Tehranda yerləşən "Evin" adlı həbsxanada güclü yanğın baş verib. 

"Unikal" İRNA agentliyinə istinadən xəbər verir ki, həbsxana rəsmisinin verdiyi məlumata görə, dustaqlarla personal arasında yaranan toqquşma nəticəsində, məhbuslar həbsxananın paltarlar olan anbarını yandırıblar. Bu da həbsxanada güclü yanğına səbəb olub. 

Hazırda siyasi məhbusların saxlanıldığı həbsxanadan silah səsləri eşidilir. İnsanlar İranın ali dini lideri Ayətullah Xomeneiyə ölüm şüarları səsləndirirlər. 

"Hazırda vəziyyət tam nəzarət altındadır və həbsxanada əmin-amanlıq qorunur, yanğınsöndürənlər yanğını söndürür", - mənbə bildirib. 

Ağarza Elçinoğlu 

xxx

23:00

İranın paytaxtı Tehranda "Evin" həbsxana ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İran teleqram kanallarında hadisəni əks etdirən videogörüntülər yayımlanıb. 

Tehran bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin sözçüsü Seyid Cəlal Mələki “İsna”ya müsahibəsində "Evin" həbsxanasının yaxınlığındakı ərazidə baş verən yanğın barədə məlumat verib. 

Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.