Rusiya Aerokosmik Qüvvələri ölkənin şimal-qərbində Suriyada yaraqlıların təlim düşərgəsinə və komanda məntəqəsinə hücum edib və 100-ə qədər radikal öldürlüb. 

"Unikal" xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini  general-mayor Oleq Yeqorov bildirib.

Onun sözlərinə görə, Suriyanın şimal-qərbində, Türkiyənin nəzarəti altında olan ərazilərdə , Cəbhət ən-Nusra qruplaşmasının təsir dairələrinin yenidən bölüşdürülməsi səbəbindən Afrin və Aazaz yaşayış məntəqələri ərazisində toqquşmalar davam edir. 

Hərbçi bildirib ki, rus əsgərləri yaşayış məntəqəsindən 1,3 km şimal-şərqdə yerləşən əraziyə hava zərbələri endirib. Katma kəndi və qeyri-qanuni silahlı birləşmələrin komanda məntəqəsi və 100-ə qədər radikal məhv edilib. O, həmçinin komanda məntəqəsinin, silah-sursat və materialların saxlanıldığı anbarların, düşərgənin qərargahının və ağır pulemyotlar və “şar atıcıları” olan 15-ə qədər texnikanın məhv edildiyinə də aydınlıq gətirib.

Bundan əlavə, o, cənubda 20 yaraqlının öldürüldüyünü, onların arasında SAR Silahlı Qüvvələrinin avtobusunu partladan terror aktının təşkilatçılarının da olduğunu bildirib.

Bundan əvvəl Dövlət Dumasının Krım regionundan deputatı Mixail Şeremet Rusiyada döyüş vəzifəsindən çıxarılan R-36M “Voevoda” qitələrarası ballistik raketlərinin xarici təcavüzdən çəkindirici perimetri formalaşdırmaq üçün Suriyaya ötürülməsini təklif edib.