Meksikanın Quanaxuato əyalətinin İrapuato şəhərində “La Texana” adlı bara gecə saatlarında silahlı basqın edilib. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. 

İnsidentlə bağlı araşdırmalara başlanılıb. Hücum edənlər hələ tutulmasa da, hücumun narkotik şəbəkələri arasında baş verən qarşıdurma səbəbindən həyata keçirildiyi güman edilir.

Gülayə Mecid