Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumları nəticəsində şəhərdə iki ayrı partlayış baş verib. Hücumların kamikadze dronlarla həyata keçirildiyi bildirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kiyev bələdiyyəsi xalqı sığınacaqlarda qalmağa çağırıb.

Bildirək ki, fevralın 24-dən bəri davam edən Rusiya- Ukrayna müharibəsində gərginlik davam edir.  Ukrayna ordusu Rusiya üçün böyük əhəmiyyət kəsb edən Krım körpüsünü partladıb. Rusiya isə qisas almaq üçün Ukraynanın paytaxtı Kiyevi bombardman edir. Oktyabrın 10-da baş verən hücumlarda onlarla insan ölüb və yaralanıb.

Gülayə Mecid