"Putin indi işğal olunmuş əraziləri itirməmək, qüvvələri yenidən toplamaq və ehtiyatları hazırlamaq üçün Ukrayna ilə müharibədə atəşkəsə ehtiyac duyur". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Nikolay Malomuj  deyib.  

Onun sözlərinə görə, Rusiya lideri açıq şəkildə bütün cəbhələrdə uduzur.

"O, əlbəttə ki, öz çatışmazlıqlarını tamamlamağa çalışır. Donetsk istiqamətindəki yeni hücumlar artıq işə yaramır. Xerson istiqamətini isə saxlamaq çox çətindir",  - general vurğulayıb.