Tayvan problemini həll etmək üçün güc tətbiq etmək hüququndan heç vaxt imtina etməyəcəyik.

"Unikal" xəbər verir ki, bu barədə Çin lideri Xi Cinpinq oktyabrın 24-də Kommunist Partiyasının açılış iclasında deyib.

O bildirib ki, Çin Tayvanın müstəqilliyinə qarşıdır: "Tayvanla səmimiyyətlə və ürəkdən sülh yolu ilə birləşmə perspektivini vurğulayırıq".

Çin liderinin sözlərinə görə, Tayvan məsələsinin həlli Çindən və Tayvan xalqının qərarından asılıdır.

Ağarza Elçinoğlu