Rusiyada "Birinci Kanal"ın keçmiş əməkdaşı Marina Ovsyannikova ev dustaqlığından qaçdıqdan sonra Rusiyanı tərk edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, redaktora qarşı Rusiya ordusunu nüfuzdan saldığına görə həbs qətimkan tədbiri seçilib. 

Onun vəkilinin sözlərinə görə, Ovsyannikova Avropa ölkələrindən birinə gedib və hazırda orada müdafiə olunur. O qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyi Ovsyannikovanı axtarışa vermişdi.

Ağarza Elçinoğlu