İtaliyanın Ukraynadakı səfirliyi vətəndaşlarına müraciət edib.

"Unikal" xəbər verir ki, səfir Twitter səhifəsində vətəndaşlarına xəbərdarlıq edərək, ölkəni tərk etməyi tövsiyə edib .

“Hələ də orada olan həmvətənlərə ölkəni, Ukraynı tərk etmələri şiddətlə tövsiyə olunur. Ukraynaya istənilən formada səyahət etmək qəti qadağandır. Tövsiyə, ilk növbədə, Ukraynanın şərq və cənub bölgələrində hərbi əməliyyatların intensivləşdiyi bölgələrdə olan italyanlara aiddir.

Bu yaxınlarda bir sıra dövlətlər də öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib. Xüsusilə, müvafiq müraciət ABŞ və Yaponiya nümayəndəlikləri tərəfindən verilib . Bu qərar Rusiyanın Ukraynanın hərbi komandanlığı, rabitə və enerji sistemlərinin obyektlərinə raket zərbələri endirməsi fonunda qəbul edilib .

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi vətəndaşları ölkədəki "ciddi təhlükəsizlik vəziyyəti" ilə əlaqədar Ukraynanı dərhal tərk etməyə çağırıb .

Gültəkin Ələsgər