Rusiya Prezidenti Vladimir Putin Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı tapşırıq verib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Dövlət başçısı zərərçəkənlərə lazımi yardımların göstərilməsi barədə göstəriş verib. Putin vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Qeyd edək ki, Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb. “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib.

İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.

Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

Gültəkin