Macarıstanın paytaxtı Budapeştdə 23 il əvvəl 33 kosovalı öldürməkdə ittiham olunan Serbiya vətəndaşı həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Kosovodakı xüsusi nümayəndəsi tərəfindən verilən beynəlxalq həbs orderi əsasında tutulub. 

Belə ki, şübhəli və onun iki dostu 1999-cu ildə Kosovonun Peja Kristal bölgəsində 33 mülki şəxsin ölümü ilə nəticələnən hücumda iştirak etməkdə və ona kömək etməkdə ittiham olunublar.

Macarıstan məhkəməsi şübhəlinin ekstradisiya prosesini araşdırarkən, Baş Prokurorun Macarıstan Ədliyyə Nazirliyi vasitəsilə Kosovo məhkəmə orqanları ilə əlaqə saxlayacağı açıqlanıb.

Gülayə Mecid