Ukraynanın bir neçə vilayətində bu gün səhərdən etibarən hava həyəcanı siqnalı verilib.

"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir  ki, Çerniqov, Sumı, Xarkov və Odessa vilayətlərində səhər saatlarından hava həyəcanı siqnalı və Hava Hücumundan Müdafiə (HHM) sistemləri işləyir.

Qeyd edək ki, 18 oktyabra keçən gecə ərzində Kirovoqrad, Çerkası, Poltava, Dnepropetrovsk, Nikolayev və Kiyev vilayətlərində, həmçinin Kiyev şəhərində həyəcan siqnalı verilib.