Türkiyənin Manisa bölgəsində zəncirvari qəza baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 24 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. 

Qeyd olunub ki, mikroavtobus ötmə əməliyyatını düzgün həyata keçirməyən digər mikroavtobusu vurmamaq üçün idarəetməni itirərək sərnişin avtobusları və minik avtomobillərinə çırpılıb. 

Bundan sonra yolda 5 km-lik tıxac yaranıb. 

Ağarza Elçinoğlu