ABŞ İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsi ilə bağlı xəbərlər fonunda onu sanksiyalarla hədələyib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib. 

O, ABŞ-ın fərqli xarakterli sərt tədbirlər görmək niyyətini açıqlayıb, xüsusən də söhbət tədarükdə iştirak edən bütün şəxslərə münasibətdə sanksiyalar və ixrac nəzarəti ilə bağlı tədbirlərdən gedir: "Biz bu silahların satışını çətinləşdirmək üçün aqressiv praktiki addımlar atmağa davam edəcəyik".

Ağarza Elçinoğlu