Ekspertlər dünyanı nüvə müharibəsi ehtimalına hazır olmağa çağırsa da, rus elitasının gizli və dəbdəbəli bunkerləri ortaya çıxıb. 

"Unikal" "Daily Star" istinadən xəbər verir  ki, Rusiya Hesablama Palatasının məlumatına görə, ölkədə əsasən 1960-cı illərdə Soyuq Müharibə dövründə tikilmiş ümumilikdə 16 448 nüvə bombası sığınacağı var.

6 il əvvəl sığınacaqların 95 faizinin istifadəyə yararsız, keyfiyyətli olmadığı və qanunsuz olaraq özəlləşdirildiyi aşkarlanıb.

Belə ki, Rusiya mətbuatında "Moskvada hər həftə 20-30 sığınacaq alınır və bu tendensiya getdikcə artmaqdadır" kimi xəbərlər yer alıb. KİV-lərdə imkanı olanların şəxsi sığınacaqlara tələsdiyi vurğulanıb. 

Bununla yanaşı, sosial şəbəkələrdə yayımlanan reklamlarda ruslara “dünyanın sonuna hazırlaşdıqları” və “indi ailənizin təhlükəsizliyi haqqında düşünməlisiniz” xəbərdarlığı da edilib:

"Ölkədəki çətin vəziyyətə və təbii fəlakət qorxusuna görə ailənizin və yaxınlarınızın təhlükəsizliyi haqqında düşünməyin vaxtıdır. Biz həm yüksək keyfiyyətli, həm də ucuz sığınacaqlar, eləcə də yeraltı yaşayış kompleksləri təklif edirik. Bir çox sığınacaqlarımız müharibələr, daşqınlar və dağıdıcı iqlim dəyişikliyi kimi qlobal fəlakətlərə uyğunlaşdırılıb”.

Reklama görə, ən ucuz bunkerlər 97 kvadratmetr ərazini əhatə edir və qiyməti 595 000 funt sterlinqdir. 

Rusiya elitası bunkerlər üçün ilk növbədə olsa da, "Telegram" kanalında “Dövlət başçılarının qohumları və dostları əvvəlcədən sığınacağa çatdırılacaq. Amma Rusiyanın idarə heyətində heç də hamı belə şanslı deyil. Məsələn, Putin Rusiya hakimiyyətinə nüvə təhlükəsi yaranarsa, “minimum zəruri” sayda insanı təxliyə etməyi əmr edib",- kimi xəbərlər yayılıb.

Gülayə Mecid

Rusiya nüvə müharibəsi ilə hədələdiyi üçün bunkerə tələbat artır