Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının gələn ay keçiriləcək növbədənkənar iclasına hazırlıqları telefon danışığı zamanı müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet səhifəsi yayıb.
Danışıq zamanı həmçinin iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması məsələləri müzakirə edilib.

Həmçinin o da qeyd olunub ki, iclas bu ilin oktyabrın 28-də keçiriləcək. İclas çərçivəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar olaraq Ermənistana 15 sentyabr tarixində göndərilən KTMT missiyasının gördüyü işlərin nəticələri müzakirə olunacaq.