“Ərdoğan güclü liderdir və öz ölkəsinin maraqlarından çıxış edir”.

"Unikal" xəbər verir ki, bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ərdoğan heç vaxt imkan verməz ki, kimsə boynuna oturub onu özgə maraqlarını rəhbər tutmağa məcbur etsin”, - deyə dövlət başçısı bildirib.

Həmçinin, Putin Ərdoğanı çətin, lakin ardıcıl və etibarlı tərəfdaş adlandırıb.

"O, ilk növbədə və bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını və Türkiyə iqtisadiyyatının maraqlarını rəhbər tutan güclü, liderdir. Bu, onun enerji məsələlərində, tikinti ilə bağlı (“Türk axını”nın layihəsidir” ) mövqeyini böyük ölçüdə izah edir"- Putin Valday Diskussiya Klubunun plenar iclasında deyib.

O, əlavə edib ki, Ərdoğan “heç vaxt onun boynunda oturmağa və üçüncü ölkələrin maraqlarını rəhbər tutmağa imkan vermir”. "Ancaq o, əlbəttə ki, hər şeydən əvvəl bizimlə dialoqda öz maraqlarını qoruyur. Bu mənada, ümumilikdə Türkiyə və xüsusilə prezident Ərdoğan asan tərəfdaş deyillər. Bir çox qərarlar uzun və çətin mübahisələrdə, danışıqlarda doğulur, lakin hər iki tərəfdə bu razılaşmalara nail olmaq arzusu var. Biz isə, bir qayda olaraq, bu razılaşmalara nail oluruq”, - Rusiya lideri vurğulayıb.

Eyni zamanda o, Ərdoğanı ardıcıl və etibarlı tərəfdaş adlandırıb. "Bəlkə də, bu, ən vacib xüsusiyyətdir - o, etibarlı tərəfdaşdır. Başa düşürük ki, əgər çətin yol keçmişiksə, razılaşmaq çətin idi, amma nəyisə razılaşdırmışıq, o zaman əmin ola bilərsiniz ki, bu, həyata keçiriləcək. Bu, ən vacibi - bu münasibətlərdə etibarlılıq və sabitlikdir”, - Putin bildirib.

Ərdoğanın özünün boynuna oturmağa çalışırmı sualına cavab verən Rusiya Federasiyasının prezidenti belə düşünmədiyini bildirib. "Siz deyə bilməzsiniz ki, o, boynuna oturmağa çalışır, o, sadəcə olaraq, hökumətinin, müşavirlərinin fikrincə, optimal olan qərar üçün mübarizə aparır. Biz qəbul edilən qərarların optimal olması üçün mübarizə aparırıq. Bir qayda olaraq, biz bu həll yollarını hətta çox həssas məsələlərdə də tapırıq”, - Putin bildirib.

Nümunə kimi o, Suriyadakı vəziyyət, infrastruktur da daxil olmaqla təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı razılaşmaları göstərib. "Biz indiyə qədər bütün bunları edə bilmişik" deyə Rusiya prezidenti bildirib.

Putin həmçinin qeyd edib ki, Rusiya və Türkiyənin turizm, tikinti və kənd təsərrüfatı da daxil olmaqla bir çox “üst-üstə düşən vektorları və qarşılıqlı maraqları” var. "Biz indi Türkiyədə avropalı istehlakçılar üçün qaz qovşağı yaratmağı təklif etmişik. Türkiyə tərəfi də təbii ki, ilk növbədə öz maraqlarına əsaslanaraq razılaşıb", - Rusiya prezidenti vurğulayıb.

Gültəkin Ələsgər