Rusiyada paytaxtın köçürülməsi ilə bağlı danışıqlar gedir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday klubunun plenar iclasında deyib. 

"Bəli, belə söhbətlərimiz olur. Amma paytaxtımız bir dəfə köçürülüb və bu, Rusiya dövlətinin tarixində dəfələrlə olub. Tarixən və mental olaraq Rusiyanın mərkəzi həmişə Moskva ilə bağlıdır. Hələlik buna ehtiyac yoxdur", - deyə federasiya lideri bildirib.

Onun sözlərinə görə, Moskvada paytaxtın bir metropol kimi inkişafında müəyyən problemlər var: "Moskvada bütün federal strukturların həddindən artıq mərkəzləşdirilməsi problemi mövcuddur. Mən də bəzi başqa ölkələrdə olduğu kimi bunu etməyin tərəfdarıyam". 

Ağarza Elçinoğlu