Almaniyada bu il əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin sayı xeyli artıb.

"Unikal" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, bu səbəbdən orduda xidmətdən imtina edənlərin sayı 2021-ci ildəki 209 nəfərdən 2022-ci ilin 8 ayında 810 nəfərə yüksəlib. Eyni zamanda, çağırışçılar arasında xidmətdən imtina hallarının azaldığı, ehtiyatda olan hərbçilərin müraciətlərinin sayının artdığı qeyd edilir.

Bununla belə, alman siyasətçisi Sevim Dağdelen hesab edir ki, rəqəmlər Almaniya hökumətinin Ukrayna strategiyası ilə bağlıdır və almanların “federal hökumətin Ukraynada hərbi eskalasiya kursunun nəticələri ilə bağlı” qorxularını əks etdirir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Almaniya tezliklə Ukraynaya daha üç IRIS-T hava hücumundan müdafiə sistemi verəcək. O, həmçinin əmin edib ki, Berlin tərəfdaşları ilə birlikdə Kiyevi lazım olan müddətdə dəstəkləyəcək.

Ramil Zeynallı