İnterpolun baş katibi Yurgen Stok Ermənistanın polis rəisinin dəvəti ilə oktyabrın 27-də Ermənistana iki günlük işgüzar səfərə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. 

Onu Ermənistanın polis rəisi, polis general-mayoru Vahe Qazaryan qəbul edib.

İnterpolun baş katibi Yurgen Stok qeyd edib ki, 2023-cü ildə İnterpolun 100 illiyi tamam olur və qurumun səmərəli fəaliyyət göstərməsinin açarı İnterpolun üzv ölkələrdəki milli mərkəzi bürolarının işi və sıx əməkdaşlığıdır.

Ağarza Elçinoğlu