"Cənubi Koreyanın Ukraynaya silah tədarük etmək qərarı Seulla Moskva arasında münasibətləri pozacaq".

"Unikal" xəbər verir ki, bunu “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

"İndi biz bilirik ki, Koreya Respublikası Ukraynaya silah və sursat tədarük etmək qərarına gəlib. Bu, bizim əlaqələrimizi pozacaq", - Rusiya Federasiyasının prezidenti bildirib.

Buna baxmayaraq, Putin Rusiya-Koreya münasibətlərini “yaxşı” adlandırıb, lakin Rusiya Federasiyasının KXDR ilə hərbi əməkdaşlığı bərpa edəcəyi təqdirdə Seulun necə reaksiya verə biləcəyinə diqqət yetirməyi xahiş edib. "Bəs Koreya Respublikası Şimali Koreya ilə bu sahədə əməkdaşlığı bərpa etməyimizə necə reaksiya verərdi? Bu, sizi sevindirərmi? Buna diqqət yetirin", - prezident əlavə edib. 

Gültəkin Ələsgər