Britaniyanın yeni baş naziri Rişi Sunak kanadalı həmkarı Castin Trüdo ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, məlumatı Britaniya hökuməti yayıb.

Baş nazirlər Rusiyanın Ukraynaya təcavüzünü müzakirə ediblər və Ukraynaya dəstəyin təmin edilməsi və  Vladimir Putinin hərəkətlərinin cəzasız qalmaması üçün birgə işləri davam etdirmək barədə razılığa gəliblər.