ABŞ-da içərisində 3 nəfərin olduğu helikopter dənizə düşüb

"Unikal" xəbər verir ki, Meksika körfəzində baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər göndərilib. Suda başıaşağı vəziyyətdə olan helikopterdə aparılan xilasetmə əməliyyatında 3 nəfərlik heyətdən 2-si xilas edilib.

Batan helikopterdə bir nəfərin cansız cəsədi tapılıb. Ekipajın kimliyi açıqlanmayıb.

Qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırma başladılıb.

Gülayə  Mecid