Xerson vilayətində çeçen bölmələrindən birinin artilleriyadan atəşə tutulma nəticəsində 23 döyüşçü həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" hesabında məlumat verib.

O qeyd edib ki, daha 58 nəfər xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb.

Kadırovun sözlərinə görə, yaralı əsgərlər üç milyon rubl alacaqlar. Ölənlərin ailələrinə hər birinə 12 milyon pul ayrılacaq və onlar həmçinin müsəlmanların müqəddəs Məkkəsinə həcc ziyarəti təşkil edəcəklər. 

Ağarza Elçinoğlu