Çin prezidenti Si Cinpin yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan  məlumat yayıb. O, çinli həmkarı Vanq Yi ilə görüşdükdən sonra mətbuata açıqlama verib.  

Onun sözlərinə görə, iki ölkə arasında tarixi və möhkəm münasibətlər ümumi prinsiplərə və qarşılıqlı hörmətə əsaslanır ki, bu da “beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”.

Si Cinpin sonuncu dəfə Səudiyyə Ərəbistanına 2016-cı ildə səfər edib. 2019-cu ildə isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pekinə səfər edib.

Gülayə Mecid