İrandan Almaniyaya gedən sərnişin təyyarəsinin təkər hissəsindən cəsəd tapılıb.

"Unikal" xəbər verir ki,  bu barəd Almaniyanın "Bild" qəzeti Tehrandan Frankfurta enən "Lufthansa" təyyarəsinin altında cəsədin tapıldığını yazıb.

Sərnişinlər endikdən sonra təyyarədə edilən nəzarətlər zamanı meyitin təkər hissəsində gizləndiyi qeyd edilib.

Aviaşirkət hadisədən sonra Tehrandan bugünkü reysi ləğv edib. Meyitin kimliyi ilə bağlı açıqlama verilməyib.

Seymur Əli