Oktyabrın 27-də Meta-nın səhmləri azalaraq dörddə bir dəyər itirib. 

"Unikal" xəbər verir ki, bundan sonra adıçəkilən şirkətin qurucusu Mark Zukerberq bir gündə 11 milyard dollar geri düşüb.

"Forbes Real-Time"ın məlumatlarına görə, indi onun sərvəti 36 milyard dollardır.

Milyarder dünyanın ən varlı adamları siyahısında 25-ci yerdən 29-cu yerə düşüb. 

Qeyd edək ki, oktyabrın 27-də ticarətin bağlanması ilə Meta səhmləri 2016-cı ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

Ağarza Elçinoğlu