Rusiyanın Arxangelsk vilayətinin Plesetsk rayonunda hərbçinin idarə etdiyi "KamAZ" çağırışçıların karvanına çırpılıb. 

"Unikal" "İzvestiya"ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Yük maşınının toqquşması nəticəsində 20 hərbçidən ikisi həlak olub. Onlardan biri yerində, digəri xəstəxanada dünyasını dəyişib. Bundan əlavə, qəzada 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

Yük maşınının sürücüsü müqavilə əsasında xidmət edirdi.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Ağarza Elçinoğlu