Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması barədə biabırçı qərardan təəssüf hissi ilə xəbər tutdum.

"Unikal" xəbər verir  ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz "Facebook" səhifəsində yazıb.

"Bu, Ermənistan tarixində görünməmiş haldır, dost ölkənin deputatının ölkəmizə girişi qadağandır. Bu da çaşqınlıq yaradır, çünki Konstantin Fedoroviç həmişə erməni xalqının tərəfində olub. Erməni xalqı üçün Konstantin Zatulin Ermənistanın sadiq dostu olub, var və əminəm ki, qalacaq", - deyə  o,  bildirib. 

Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Gülayə  Mecid