Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün yaratdığı “taxıl dəhlizi”ndən 408 gəmi ilə 9,2 milyon tondan çox taxıl daşınıb.

"Unikal" “Anadolu” agentliyinə xəbər verir ki, Ukrayna limanlarından taxıl yükləri ilə çıxan gəmilərdən 195-nin təyin olunmuş limanlara köçürülməsi başa çatıb.

Bildirilib ki, daşınan taxılın 47 faizi Avropaya, 20 faizi Asiyaya, 16 faizi Türkiyəyə, 13 faizi Afrikaya, 4 faizi isə Yaxın Şərqə gedib.