Somalinin mərkəzində iki partlayış nəticəsində ölənlərin sayı 104-ə çatıb.

"Unikal" xəbər verir ki, paytaxtın meri Yasin Madale bazar günü bildirib ki, oktyabrın 29-da "Əş-Şəbab" yaraqlılarının ölkənin paytaxtı Moqadişonun mərkəzində Somalinin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 104-ə çatıb.

"Ölənlərlə yanaşı, daha 269 nəfər yaralanıb".

Bundan əvvəl Somali prezidenti Həsən Şeyx Mohamud 100-dən çox insanın həlak olduğunu bildirmişdi.

Terrorçular ötən şənbə səhəri şəhərin mərkəzində yerləşən Təhsil Nazirliyinin binası yaxınlığında partlayıcı ilə doldurulmuş iki avtomobili partladıblar. Hazırda paytaxt xəstəxanaları zərərçəkənlərlə doludur və həkimlər onlara təcili tibbi yardım göstərməkdə çətinlik çəkirlər.