Şimali Atlantika Alyansı Rusiyanı taxıl sazişində iştirakını dayandırmaq qərarına yenidən baxmağa və təcili olaraq onu bərpa etməyə çağırıb, "Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Nəşrin məlumatına görə, NATO həmçinin Rusiyanı “ərzaqdan silah kimi istifadə etməyi dayandırmağa” çağırıb.

Qeyd edək ki, oktyabrın 30-da Rusiya taxıl müqaviləsində iştirakını müvəqqəti olaraq dayandırıb. Bu, Sevastopolda pilotsuz təyyarənin hücumu nəticəsində baş verib  .

Oktyabrın 29-da Müdafiə Nazirliyi səhər saatlarında Qara dəniz donanmasının gəmilərinin Ukrayna hərbçiləri tərəfindən hücuma məruz qaldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarələrin buraxılması “yaşıl dəhliz” dən həyata keçirilə bilər .

ABŞ və Avropa İttifaqı Kremli qərarından təcili olaraq geri çəkilməyə çağırıb. Ukrayna lideri Volodimir Zelenski Rusiyanın qərarına “həm BMT səviyyəsində, həm də digər səviyyələrdə ” “sərt beynəlxalq cavab” verməyə çağırıb . 

Gültəkin Ələsgər