Paşinyanın Tehrana səfəri Ermənistan və İran arasında münasibətlərin inkişaf etdirilməsi baxımından dönüş nöqtəsi olacaq.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi və Nikol Paşinyanın görüşündən sonra birgə mətbuat konfransındakı çıxışda deyib. 

***11:17

İranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın “Sədabad” sarayında rəsmi qarşılanma mərasimi olub.

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Paşinyanı qarşılayıb. 

***09:33

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-i İranın paytaxtı Tehrana rəsmi səfərə gedib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutub. 

Gülayə  Mecid