Rusiya və Türkiyə prezidentləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki üçtərəfli görüşünün yekunlarını müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.
"Telefon danışığında Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunları da müzakirə olunub", deyə Kremlin məlumatında qeyd olunub.