"Rusiyanın taxıl sazişinə qayıtması yalnız Sevastopol hücumunun araşdırılmasından sonra, eləcə də Ukraynadan təhlükəsizlik zəmanəti aldıqdan sonra mümkündür". 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti dövlət başçılarının telefon danışığından sonra məlumat verib.

Rusiya liderinin sözlərinə görə, Qara dəniz donanmasının infrastrukturuna və gəmilərinə hücumların şəraiti ilə bağlı ətraflı araşdırma aparmaq lazımdır. Bundan əlavə, Kiyev humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadədən imtina da daxil olmaqla, İstanbul razılaşmalarına ciddi əməl olunmasına real təminat verməlidir.

“Yalnız bundan sonra bu“ Qara Dəniz Təşəbbüsü” çərçivəsində işlərin bərpası məsələsinə baxmaq mümkün olardı”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, taxıl sazişi üzrə dialoqun yalnız Sevastopolda gəmilərə hücumun bütün halları aydınlaşdırıldıqdan və BMT Təhlükəsizlik Şurasının müvafiq iclasından sonra davam etdirilməsi məqsədəuyğundur .

Gültəkin Ələsgər