Misirin ikinci böyük şəhəri olan İsgəndəriyyə qlobal istiləşmə səbəbindən su altında qala bilər.

"Unikal" xəbər verir ki, Misirin ikinci böyük şəhəri olan İsgəndəriyyə və limanının əhəmiyyətli bir hissəsinin qlobal istiləşmə səbəbindən yaxın illərdə su altında qala biləcəyi proqnozlaşdırılır.

Misirdə çıxan "Əl Ahram" qəzetindəki xəbərdə ölkənin ən böyük limanına sahib olan İsgəndəriyyənin yüksələn dəniz suları altında qala biləcəyi xəbərdarlığı edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) məlumatlarına diqqət çəkən xəbərdə 2050-ci ilə qədər İsgəndəriyyənin üçdə birinin su altında qalacağı bildirilib. Buna əsasən, 6 milyon əhalisi olan şəhərdən 1 milyon 500 min insanın köç etməli ola biləcəyi, şəhərdəki qədim əsərlər və tarixi sərvətlərin də böyük təhlükə ilə üzləşdiyi bildirilib.

Xəbərdə İsgəndəriyyənin dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi vurğulanarkən, qarşıdakı 30 ildə Aralıq dənizinin sularının bir metr yüksələ biləcəyi qeyd edilib. Bildirilib ki, iqlim mütəxəssisləri dəniz səviyyəsinin bu qədər artması səbəbindən Nil Deltası ətrafındakı münbit torpaqların üçdə birinin yararsız hala düşəcəyini proqnozlaşdırırlar.

Gültəkin Ələsgər