Türkiyədə fövqəladə vəziyyətlə əlaqədar Bosfor boğazının altından keçən “Marmaray” dəmir yolu tuneli boyunca qatarların hərəkəti dayandırılıb.

"Unikal" xəbər verir ki, sərnişinlər hadisədən İstanbulun Asiya hissəsindəki Üsküdar stansiyasında xəbər tutublar. Orada səsgücləndiricilərdən istifadə edərək insanlara “fövqəladə vəziyyətlə əlaqədar bütün sərnişinlər dərhal stansiya platformalarını tərk etməlidirlər” xəbərdarlığı edilib.

Qatarların hansı səbəbdən dayanması barədə hələlik məlumat verilmir.