İsrailin baş naziri Yair Lapid 25-ci Knesset seçkilərində səslərin hesablanmasının nəticələri fonunda Misirin Şarm əş-Şeyx şəhərində iqlim sammitində əvvəllər planlaşdırılan iştirakını ləğv edib.

"Unikal" xəbər verir ki, bu, onun rəhbərlik etdiyi koalisiyanı itirdiyini göstərir.

“Seçkilərin nəticələri məlum olduqdan sonra baş nazir Lapid gələn həftə Şarm əl-Şeyxdə keçiriləcək iqlim konfransına səfərini ləğv edib”, - nəşr yazır.

Qeyd olunur ki, konfransda İsrail nümayəndə heyətinə prezident Yitzhak Hersoq başçılıq edəcək.

Gültəkin