Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, Türkiyənin Antalya bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, saat 20:41-də Aralıq dənizində Antalyanın Kumlıca bölgəsi yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 22,35 km-ə bərabər olub.