"Dünən zəng etdim, bu gün saat 12-də dəhlizi açdılar".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayım zamanı sualları cavablandırarkən deyib.

O, istədikləri vaxtda, 24 saata çatmamış Rusiya və Ukrayna liderləri ilə görüşdüyünü bildirib:

"Hər ikisi ilə görüşürük. Həm Zelenski ilə, həm də Putinlə görüşürük. Şükürlər olsun ki, nə cənab Putindən, nə də cənab Zelenskidən mənfi münasibət görmədim. Təbii ki, onların bizdən tələbləri var idi. Bacardığımız qədər cavab verdik. Gördüm ki, cənab Putin kiminlə görüşürsə, onun əleyhinə danışır. Bir lider olaraq sizə hücumlar edilsə, buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Putinin etdiyi budur. Dünyada 3-5 hörmətli ölkədən biri olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil. Bu yanaşmaları gördüyü üçün kimlərinsə vasitəsilə taxıl dəhlizini qəbul etmir. Amma dünən zəng etdim, bu gün saat 12-də dəhlizi açdılar. Bu gün Zelenski ilə də görüşümüz oldu. Göndərməni İstanbuldakı mərkəzdən izləyəcəyik"-deyə Ərdoğan bildirib. 

Gültəkin Ələsgər