Dünyanın ən sərt karantin tədbirlərinin tətbiq olunduğu Peruda 2 il yarım aradan sonra COVID-19 ilə əlaqəli bütün məhdudiyyətlər ləğv edilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, turistlər Cənubi Amerikanın bu ölkəsində yenidən sərbəst səyahət edə biləcəklər. 2020-ci ilin mart ayından qüvvədə olan fövqəladə vəziyyət fərmanının müddəti 2022-ci il noyabrın 1-də başa çatıb.

Səyahətçilər indi peyvənd sertifikatı və ya koronavirus testinin mənfi nəticəsi olmadan Peruya daxil ola bilərlər.