Qazaxıstanın Karaqanda vilayətindəki Lenin adına şaxtada baş vermiş qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.
"Xilasedicilər daha bir ölmüş şaxtaçının cəsədini tapıblar", - məlumatda deyilir.
Ağarza Elçinoğlu
xxx
08:26
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb.
“Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Olay 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.
Hadisə ilə bağlı 106 nəfərin təxliyə edildiyi bildirilib.