Pakistanın keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Unikal"  xəbər verir ki, bu barədə Dawn qəzeti polisə istinadən məlumat yayıb. 

Qeyd edək ki, Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Sabiq hökumət başçısının ayağından yaralanıb.

16:58

Bir nəfər avtomat silahla atəş açıb. Bir neçə nəfərlə bərabər İmran Xan da yaralanıb. 

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın polis rəisi Əsəd Ömər bildirib.

Məlumata görə, silahlı şəxs Pakistanın keçmiş Baş naziri İmran Xanı daşıyan yük maşınına atəş açıb, onu və bəzi tərəfdarlarını da yaralayıb.

Partiyanın köməkçisi Xanın baldır nahiyəsindən yaralandığını və ciddi xəsarət almadığını deyib. 

Atışmaya görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Hücum Pəncab əyalətinin şərqindəki Vəzirabad rayonunda baş verib. Xan hökuməti növbədənkənar seçkilər keçirməyə məcbur etmək məqsədi daşıyan kampaniyası çərçivəsində paytaxt İslamabada doğru gedən böyük bir yük və avtomobil karvanında olub. 

xxx

16:16

Xəbər verdiyimiz kimi, Pakistanın keçmiş Baş naziri İmran Xanın avtomobil karvanına atəş açılıb. 

"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, ölkənin şərqində baş verən sui-qəsd nəticəsində siyasətçi ayağından yaralanıb. 

Məlumata görə, hazırda onun həyati təhlükəsi yoxdur. 

Qeyd olunub ki, Xan növbədənkənar seçkilər tələbi ilə İslamabadda etiraz yürüşünə rəhbərlik edirdi. 

Ağarza Elçinoğlu

xxx

16:00

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  sabiq hökumət başçısının ayağından yaralandığı bildirilir.

Hadisənin təfərrüatı hələ ki, məlum deyil.