Avstraliyada dəhşətli yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, magistral yolda pikapla toqquşan avtomobildə məşhur aktrisa dünyasını dəyişib. 

26 yaşlı gənc aktrisa Erica Hoy əkiz qardaşı və sevgilisinin gözü qarşısında dünyasını dəyişib. Karyerasının yenicə başlanğıcında olan Hoy aktyorluq karyerasına keçən il yayımlanan Jo-Anne Spriti Guide serialı ilə başlayıb.

Gənc aktrisa Erika Hoy bacısı və sevgilisinin gözü qarşısında faciəvi şəkildə dünyasını dəyişib. Avtomobildə olan aktrisanın bacısı Liza və sevgilisi Mayk Rider ağır yaralanıb. Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçarkən, saxlanılıb.