İnfiniti-nin Rusiya ofisi Rusiya bazarından çıxdığını elan edib.

"Unikal" xəbər verir ki, sosial şəbəkəsindəki rəsmi İnfiniti səhifəsində müştərilərə ünvanlanmış vida mesajı dərc olunub .

“Biz zəmanət şərtlərinə uyğun olaraq avtomobillərimizin bütün sahiblərinə xidmət dəstəyi göstərməyə davam edəcəyik. Və təbii ki, biz bütün rəsmi kommunikasiya kanalları vasitəsilə suallarınızı cavablandırmağa hər zaman hazırıq. Sizinlə vidalaşırıq”, - mesajda deyilir.

Yeni İnfiniti avtomobillərinin  Rusiyaya çatdırılması 2022-ci ilin martında dayandırılıb. 

Bundan əvvəl Nissan Rusiya bazarından çıxdığını və Sankt-Peterburqdakı zavodunu  dövlətə məxsus FSUE NAMI şirkətinə satdığını elan etmişdi. 

Gültəkin