Moldovanın keçmiş deputatı Vladimir Andronaki Ukrayna sərhədində saxlanılmasa da, bu ölkənin ərazisində oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı Moldovanın Publika telekanalına müsahibəsində onun vəkili Oleq Mika bildirib.

"Mən onunla artıq bir neçə dəfə müzakirə aparmışam. Müvəkkilim mənə dedi ki, o, Ukrayna ərazisində oğurlanaraq Moldova ilə sərhədə gətirilib. Onu kimin qaçırdığını bilmir", - vəkil bildirib.

Bundan əvvəl Moldova Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun rəhbəri Veronika Draqalin brifinqdə bildirib ki, Ukrayna hakimiyyəti Andronakini arzuolunmaz şəxs elan edib və ölkədən qovub, bundan sonra o, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Krivada saxlanılıb.

Andronaki Moldovada sistematik korrupsiyaya görə keçən həftə ABŞ-ın sanksiya siyahısına salınan keçmiş Demokratik Partiyasının lideri Vladimir Plaxotnyukun iş ortağı olub. O, bir sıra iqtisadi cinayətlərdə, o cümlədən respublika banklarından 1 milyard dolların oğurlanmasında iştirakda şübhəli bilinərək axtarışa verilib.

Moldovada “əsrin oğurluğu” adlandırılan korrupsiya qalmaqalı 2015-ci ildə başlayıb. O, etirazlara, iki hökumətin süqutuna və ABŞ və Aİ-nin dəstəyini qazanan Avropayönlü partiyaların hakim koalisiyasına, Avropaya İnteqrasiya Alyansına səbəb oldu. Moldova Baş Prokurorluğu Plaxotnyukun “əsrin oğurluğu”nun əsas təşkilatçılarından biri adlandırsa da, onun sığındığı ABŞ hakimiyyəti onu ekstradisiya etməkdən imtina edib, bundan sonra o, bu ölkənin ərazisini tərk edib. Rusiyada Plaxotnyuka qarşı çirkli pulların yuyulması və beynəlxalq narkotik ticarəti ittihamları ilə bir neçə cinayət işi başlanıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, təşkilatçıları arasında Plaxotnyukun da olduğu cinayətkar dəstə 2013-2014-cü illərdə Rusiyadan 37 milyard rubldan çox pul çıxarıb. 

Gültəkin Ələsgər